Mironov: Zelenski Putinlə görüşdən qorxur və danışıqları pozmağa çalışır - ÖZƏL

Vladimir Zelenski Rusiyayla danışıqlardan qorxur və onları provokasiyalarla pozmağa çalışır.

Olaylar xəbər verir ki,bunu "Ədalətli Rusiya - Həqiqət üçün" partiyasının lideri Sergey Mironov bildirib.

Onun fikrincə, danışıqlar qaçılmaz olaraq Zelenskinin istefasına gətirib çıxaracaq.

"Macarıstana terror aktları ilə bağlı təhdidlər başladı, Kursk AES-ə hücumlar oldu. Ukrayna lideri açıq-aşkar Avropadakı nəzarətçilərindən hər hansı bir qiymətə Rusiyayla danışıqları pozmaq üçün əmrlər alıb," - deyə deputat qeyd edib.

Əvvəlcə Vladimir Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransında Rusiya lideri Vladimir Putinlə mümkün görüşün hazırlanmasını müzakirə etmək üçün ABŞ-la əlaqələr qurulacağını elan etmişdi.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31