İslam ölkələri xarici işlər nazirlərinin iclasının yekununda yekun bəyanat qəbul ediblər - ÖZƏL

İslam Əməkdaşlığı Təşkilatına (İƏT) üzv ölkələrin diplomatik idarələrinin nümayəndələri Ciddədə görüş keçiriblər.

İƏT-ə üzv ölkələrin xarici işlər nazirləri Ciddədə keçirilən görüşün yekununda yekun bəyanat qəbul ediblər.

Olaylar xəbər verir ki,sənəd İƏT-in rəsmi saytında dərc olunub.

Ramallədə yerləşən Fələstin Milli Administrasiyası bütün fələstin ərazilərində nəzarəti ələ almalı və onların təhlükəsizliyini təmin etməlidir.

İƏT-ə üzv dövlətlər İsrailə silah və hərbi sursat tədarükünün və ötürülməsinin dayandırılmasını tələb ediblər ki, fələstinlilərə qarşı zorakı hərəkətlərin qarşısı alınsın.

İsrail hakimiyyəti Qəzza sektorunda bütün hərbi əməliyyatları dərhal dayandırmalı və anklav üzərindəki blokadanı heç bir qabaqcadan şərt qoymadan aradan qaldırmalıdır.

İƏT-ə üzv ölkələr Qəzza sektorunda sülh təşəbbüslərindən imtina etdiyi və fələstin anklavında atəşkəs rejiminin tətbiqi üçün vasitəçilərlə əməkdaşlıq etmək istəmədiyi üçün İsraili qınayıblar.

İƏT-ə üzv dövlətlər İsrailin BMT-də üzvlüyünün dayandırılması üçün iş aparacaqlar.

Həmçinin onlar İsraili beynəlxalq hüquq çərçivəsində, xüsusilə Qəzza sektorunda və Qərb sahilində hərbi cinayətlər və fələstinlilərə qarşı soyqırım faktlarına görə BMT-nin Beynəlxalq Məhkəməsinə cəlb etməyi dəstəkləyiblər.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31