Erməni nazir: Gürcüstan ay ərzində cəmi dörd erməni yük maşınını geri qaytarıb

Gürcüstan bir ayda cəmi 4 maşınımızı geri qaytarıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan "Facebook"da paylaşım edib.

Erməni naziri bu paylaşımını Gürcüstandan Rusiyaya doğru kənd təsərrüfatı məhsulları aparan erməni yük maşınlarının kütləvi şəkildə geri qaytarılması barədə yayılan şayiələrə cavab olaraq dərc edilib.

Nazirin məlumatına görə, avqust ayında Gürcüstandan cəmi dörd yük maşını geri qaytarılıb, halbuki 762 fura heç bir maneə olmadan sərhədi keçib. Papoyan istehzalı şəkildə əlavə edib: "Qarik , yalan danışmaq yaxşı deyil."

Daha əvvəl müxalifətçi siyasətçi Qarik Danielyan öz "Facebook" səhifəsində yazmışdı ki, onun məlumatına görə, "Verxniy Lars" sərhəd-keçid məntəqəsindən yüzlərlə yük maşını - şaftalı, gavalı, üzüm və digər kənd təsərrüfatı məhsulları ilə geri qaytarılır. Onun sözlərinə görə, daşıyıcılara dəqiq izah verilmir, yalnız fitosanitar nəzarət ilə bağlı müəyyən problemlərdən bəhs olunur.

Danielyan bunun fermerlərə böyük ziyan vurduğunu bildirərək, hakimiyyəti vəziyyətə reaksiya verməyə çağırıb. O həmçinin problemin siyasi məna daşıdığını əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31