Trampa pis xəbər verildi: istədiyi olmayacaq

"ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatını alması ehtimalı şübhəli görünür, çünki mükafat komitəsinin əksər üzvləri onun hərəkətlərinə qarşı çıxış ediblər".

Olaylar.az xəbər verir ki, bu barədə "Vaşinqton Post" qəzeti yazıb.

"Tramp siyasi qərarlarına görə komitənin 5 üzvündən üçü tərəfindən açıq şəkildə tənqid olunub. Bundan əlavə, 2025-ci il mükafatı üçün müraciət müddəti yanvarda başa çatıb. Ona görə də ABŞ prezidenti yalnız gələn il Nobel üçün müraciət edə biləcəyinə əmindir", - deyə bildirilib.

Bundan əvvəl ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Ukraynadakı münaqişəni həll edəcəyi təqdirdə Trampı Nobel Sülh Mükafatına namizəd göstərəcəyini  vəd etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31