Paşinyan: Ermənistanın xarici siyasəti müəyyən beynəlxalq proseslərə uyğunlaşıb

"Bütün tariximiz boyu qarşılaşdığımız fəlakətləri araşdıraraq belə nəticəyə gəldik ki, biz öz tariximizin ritmini beynəlxalq proseslərin ritminə uyğunlaşdıra bilməmişik".

Olaylar.az erməni mediasına istinadən xəbər verir ki, Bunu Ermənistanın baş naziri Nikol Paşinyan xaricdəki diplomatik nümayəndəliklərin rəhbərləri ilə illik müşavirədə deyib.

Onun sözlərinə görə, Vaşinqtonda baş verənlər Ermənistan siyasətinin müəyyən beynəlxalq proseslərlə ahəngdar hala gəldiyini göstərir:

"Bu, olduqca vacibdir və bu, bəlkə də son 100 ildə beynəlxalq proseslərlə həqiqətən ahəngdar ola bilmək üçün ilk real imkandır", - Paşinyan vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31