İƏT Qəzzadakı vəziyyətlə bağlı təcili iclas keçirdi - ÖZƏL
15:58 Dünyaİslam Əməkdaşlıq Təşkilatı (İƏT) Qəzza sektorundakı vəziyyəti müzakirə etmək üçün Ciddədə təcili iclas çağırıb. Olaylar.az xəbər verir ki, Arab News qəzetinin məlumatına görə, sammitdə çıxış edən Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan İsrailin davam edən hücumlarının iki dövlətli həll əsasında böhranın nizamlanması üçün beynəlxalq səyləri zəiflədiyini bildirib. O, həmçinin Fələstin dövlətini tanıyan ölkələrin sayının artdığını vurğulayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan da iclasa həmsədrlik edib və İsrailə qarşı koordinasiyalı təzyiq göstərilməsinin vacibliyini önə çəkib. Mehr agentliyinin xəbərinə görə, İranın xarici işlər naziri Abbas Əraqçi sammit çərçivəsində İraqın xarici işlər naziri Fuad Hüseynlə görüşüb. Tərəflər İslam və ərəb ölkələrinin İsrail blokadasının aradan qaldırılması, humanitar yardımın həcminin artırılması, "davam edən soyqırımın dayandırılması və məsul şəxslərin cəzalandırılması" üçün konkret addımlar atmasının zəruriliyini qeyd ediblər.