Zelenski Kit Kelloqla Putinlə görüş ehtimalını müzakirə edəcək
15:57 DünyaUkrayna prezidenti Volodimir Zelenski ABŞ-ın Rusiya-Ukrayna danışıqları üzrə xüsusi nümayəndəsi Kit Kelloqla danışıqlar aparacaq.
Olaylar.az xəbər verir ki, görüşün əsas mövzusu Zelenskinin Rusiya prezidenti Vladimir Putinlə mümkün görüşünə hazırlıq olacaq.
Xatırladaq ki, xüsusi elçi 24 avqustda Kiyevə gəlib. Zelenski bundan əvvəl bildirmişdi ki, Ukrayna tərəfi bir həftə ərzində amerikalılarla təhlükəsizlik zəmanətləri üzrə əsas planın hazırlanması istiqamətində görüşlər keçirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31