Bokuçava: Gürcüstan vətəndaşları vizasız rejimi itirməməlidir – ÖZƏL
15:37 Dünya"İvanişvili rejimi Avropa Komissiyasının irəli sürdüyü şərtləri yerinə yetirməyə hazırlaşmır, vizasız rejimin itirilməsi təhlükəsi isə tamamilə realdır. Buna görə də biz vətəndaşların zərər görməyəcəyi təzyiq mexanizmləri tapmaq üçün 'Veimar üçbucağı' ölkələri ilə işləyirik".
Olaylar.az xəbər verir ki, bu sözləri "Milli Hərəkat" partiyasının sədri Tina Bokuçava deyib. Onun sözlərinə görə, əsas vəzifə daxili təzyiqlə yanaşı, elə xarici təzyiq forması tapmaqdır ki, Gürcüstan vətəndaşları bundan əziyyət çəkməsin.
Bokuçava qeyd edib ki, İvanişvili rejiminin Avropa Komissiyasının şərtlərini yerinə yetirməsi utopiyadır və bu istiqamətdə gözlənti əsassızdır:
"Vizasız rejimin itirilməsi real təhlükədir. Biz Avropa İttifaqına üzv ölkələrlə, xüsusilə də 'Veymar üçbucağı'na daxil olan Almaniya, Fransa və Polşa ilə çox fəal işləyirik. Məqsəd Gürcüstan vətəndaşlarının bu imkandan məhrum olmamasıdır və İvanişvili rejiminə başqa təzyiq yolları tapmaqdır. Bu gün bizim əsas vəzifəmiz də məhz budur".