Putin və Pezeşkian Alyaska sammitinin nəticələrini müzakirə ediblər - ÖZƏL

Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkiana Amerika lideri Donald Trampla Alyaskada keçirilən sammitin nəticələri barədə məlumat verib. Olaylar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, dövlət başçıları söhbət zamanı həmçinin İranın nüvə proqramı ilə bağlı vəziyyəti və Cənubi Qafqazdakı hadisələri müzakirə ediblər. İran lideri Məsud Pezeşkian Rusiya prezidenti ilə söhbətində Ukrayna böhranının diplomatik yolla həllinə yönəlmiş səyləri dəstəklədiyini vurğulayıb. Tərəflər Rusiya-İran əməkdaşlığının genişləndirilməsi niyyətini təsdiqləyiblər və Çində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində görüşmək barədə razılığa gəliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31