Tramp Qazada qismən razılaşmaya artıq inanmadığını açıqlayıb – ÖZƏL
15:05 DünyaABŞ Prezidenti Donald Tramp iyul ayında Qatarda keçirilən danışıqların ardından Qəzza sektorunda qismən razılaşmaya inamını itirib.
Olaylar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
İyul ayında ABŞ və İsrail Dohadan öz nümayəndə heyətlərini geri çağırıb. Burada Qəzza sektorunda atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqlar keçirilirdi. ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkoffun sözlərinə görə, HƏMAS-dan gələn cavab "atəşkəsə nail olmaq istəyi olmadığını" göstərir. HƏMAS isə ABŞ-nin nümayəndəsinin mövqeyinə mənfi münasibət bildirməsinə təəccübləndiyini və bütün maneələri aradan qaldırmaq niyyətində olduğunu açıqlayıb.
Misir və Qətər birgə bəyanatla son danışıqların müəyyən irəliləyiş gətirdiyini qeyd edib.
CNN-in yüksək vəzifəli İsrail mənbəsinin məlumatına görə, iyul ayında HƏMAS Qatarda keçirilən son danışıqlarda maneələr yaratdıqdan sonra Tramp "qismən prosesə səbrini və etibarını itirib və HƏMAS-ın həqiqətən razılaşmaq istədiyinə inanmır".
Ynet portalı avqustun 14-də məlumat verib ki, ABŞ hərtərəfli razılaşma əldə etməyə çalışır və İsrail Baş naziri Benyamin Netanyahunun da bu istiqamətdə addımlar atacağı gözlənilir. Hər iki tərəf qismən razılaşmanın artıq aktuallığını itirdiyi qənaətinə gəlib və hazırda danışıqlarda yeganə mümkün variantın hərtərəfli razılaşma olduğu bildirilir.
İyul sonunda HƏMAS humanitar böhran və aclığın başa çatmasından sonra atəşkəs danışıqlarını bərpa etməyə hazır olduğunu açıqlamışdı.