Ukraynalıların təxminən 80%-i Ali Radaya etibar etmir - ÖZƏL

Ukrayna vətəndaşlarının böyük əksəriyyəti ölkənin əsas qanunverici orqanı - Ali Radanın fəaliyyətinə etibar etmir. Olaylar.az xəbər verir ki, sosial araşdırmalar qrupunun "Reytinq" adlı sorğusuna görə, respondentlərin yalnız 19%-i millət vəkillərinin fəaliyyətini dəstəkləyir. Sorğu nəticələrinə görə, respondentlərin 76%-i parlamentin fəaliyyətinə etibar etmir. Eyni zamanda, respondentlərin çoxu baş nazir Yuliya Sviridenkonun rəhbərlik etdiyi hökumətə də etibar göstərmir: kabinetə etibar edənlərin sayı 28%, etibar etməyənlərin sayı 30%, cavab verməkdə çətinlik çəkənlər isə 42% təşkil edib.
Sorğu 22-27 iyul tarixləri arasında mobil telefonlar vasitəsilə təsadüfi seçmə metodu ilə aparılıb. Təxminən 2,4 min nəfər iştirak edib və statistik səhv payı 2%-dən çox deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31