Polşa Prezidenti Ukraynalılara veriləcək yardım qanununu veto edib – ÖZƏL
25 Avqust 2025 14:15 DünyaPolşa Prezidenti Karol Navrotski fevral 2022-dən sonra Polşaya gəlmiş Ukraynalılara xüsusi status və sosial üstünlüklər verilməsini nəzərdə tutan qanun layihəsini veto edib.
Olaylar.az xəbər verir ki, Prezident Navrotski TVP Info-nun yayımladığı mətbuat konfransında bildirib: "Biz sosial ədalət uğrunda çalışmalıyıq, buna görə də Ukrayna vətəndaşlarına yardım haqqında qanunu təqdim olunan formada imzalamadım."
O izah edib ki, qanun layihəsi uşaqlar üçün ödənişlərdə məhdudiyyətləri nəzərə almayıb və belə yardımların yalnız rəsmi işləyən Ukraynalılara verilməli olduğunu vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31