Pekin Ukraynaya sülhməramlı göndərilməsi barədə xəbərləri təkzib etdi
25 Avqust 12:52 DünyaÇinin Xarici İşlər Nazirliyi beynəlxalq mediada yayılan məlumatlara sərt reaksiya verib.
Olaylar.az xəbər verir ki, bəzi xarici KİV-lərdə Pekinin guya BMT mandatı altında Ukraynaya sülhməramlı qüvvələr göndərməyə razılaşdığı iddia olunmuşdu. Çin XİN bu xəbərləri rəsmi şəkildə təkzib edərək, yayılan məlumatların həqiqətə uyğun olmadığını bəyan edib.
Rəsmi Pekin bildirib ki, Çin Ukraynadakı vəziyyətin sülh yolu ilə həllini dəstəkləyir, lakin ölkəyə hərbi kontingent göndərilməsi məsələsi gündəmdə deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31