Polşa sərhədində miqrant təzyiqi artır – daxili işlər naziri xəbərdarlıq etdi - ÖZƏL

Polşanın Daxili İşlər Naziri Marçin Kervinski bildirib ki, Polşa-Belarus sərhədində qeyri-qanuni miqrant axını yenidən artmaqdadır və payız aylarında vəziyyət daha da gərginləşəcək. Olaylar.az xəbər verir ki, nazir qeyd edib: "Hazırkı məlumatlara görə, sərhədi qanunsuz keçmək cəhdlərinin sayı 300-dən çoxdur. Bu, təzyiqin getdikcə artdığını göstərir. Gələcək günlərdə və həftələrdə miqrasiya təzyiqinin daha da yüksələcəyini görəcəyik". Onun çıxışı nazirliyin sosial şəbəkələrində canlı yayımlanıb.
Polşa sərhəd xidmətinin məlumatına görə, 2025-ci ilin əvvəlindən etibarən Belarusdan Polşaya qeyri-qanuni keçid cəhdlərinin sayı 20 mindən çox olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31