Almaniya XİN: Ukraynanın təhlükəsizlik təminatları NATO üzvlüyünə yaxın olmalıdır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Almaniyanın xarici işlər naziri Yohann Vadeful bildirib ki, Rusiya ilə mümkün sülh müqaviləsindən sonra Ukraynaya veriləcək təhlükəsizlik təminatları NATO üzvlüyünə maksimum dərəcədə yaxın olmalıdır.

Onun sözlərinə görə, əgər Ukraynadan ərazi güzəştləri gözlənilirsə, bu halda ölkəyə real və geniş beynəlxalq təminatlar təqdim olunmalıdır:
"Biz Ukraynadan ciddi güzəştlər tələb edə bilmərik, əgər ona kifayət qədər çox dövlət tərəfindən real təhlükəsizlik zəmanətləri verilməsə. Ən azı bu, digər ərazilər üçün təhlükəni aradan qaldırmalıdır".

Nazir vurğulayıb ki, sözügedən təminatlar Rusiya üçün təhdid xarakteri daşımır və gələcəkdə Avropada uzunmüddətli sülhün bərqərar olmasına əsas yarada bilər.

Vadeful əlavə edib ki, Ukraynaya təhlükəsizlik zəmanətlərini yalnız Avropa İttifaqı ölkələri deyil, ABŞ da daxil olmaqla digər dövlətlər də təmin etməlidir. O, həmçinin qeyd edib ki, Rusiya və Ukrayna arasında bağlanacaq sülh müqaviləsi "diktə edilmiş sülh" olmamalıdır və Ukraynanın zərərinə çevrilməməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31