İsveç Ukraynanın dövlət büdcəsinə əlavə 79 milyon dollar ayırır - ÖZƏL

İsveç hökuməti Ukraynanın dövlət büdcəsindəki maliyyə kəsirini qarşılamaq üçün əlavə 750 milyon kron (79 milyon dollar) ayırmaq qərarı verib. Olaylar.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, vəsait Avropa İttifaqının Ukraynanı Dəstək Fondu vasitəsilə 2025-ci il üçün ayrılacaq. Yeni razılaşma sayəsində İsveç,Ukraynanın dövlət büdcəsini möhkəmləndirmək üçün əlavə vəsait ayıran ilk Aİ ölkəsi olacaq. İsveçin xarici ticarət və inkişaf üzrə beynəlxalq əməkdaşlıq naziri Benyamin Dusa bildirib ki, iqtisadi sabitlik Ukraynanın davamlı inkişafı üçün vacib şərtdir: "Bu dəstək Ukraynaya maaş və pensiyaların ödənilməsi, səhiyyə, məktəb və sosial xidmətlərin fəaliyyətini davam etdirməsi üçün imkan yaradacaq". Siyasətçilərinin fikrincə, Ukraynanın makroiqtisadi sabitliyi ölkənin qarşıdakı illərdə üzləşəcəyi ən ciddi sınaqlardan biri olacaq. Ukraynanın 2026-cı il büdcəsinin maliyyələşdirilməsi üçün isə təqribən 40 milyard dollarlıq xarici dəstəyə ehtiyac duyulacaq. Qeyd edək ki, Avropa İttifaqı Ukraynanı Dəstək Fondunu 2024-cü ildə təsis edib. Fondun ümumi həcmi 50 milyard avro təşkil edir və 2024-2027-ci illər ərzində ayrılacaq. Məqsəd büdcə dəstəyi, özəl sektorun stimullaşdırılması, texniki yardım və müxtəlif layihələrin icrasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31