Rusiya Ermənistandakı vətəndaşlarının gəlirlərinə nəzarətə başlayır

Ermənistanda yaşayan rusiyalıların maliyyə məlumatları artıq Moskvaya ötürüləcək.

Olaylar.az xəbər verir ki, Ermənistan bankları Rusiya vətəndaşlarının respublikadakı hesabları barədə vergi rezidentliyi ilə bağlı məlumat toplamağa başlayıb. Bu proses ilk dəfə həyata keçiriləcək avtomatik məlumat mübadiləsi üçün nəzərdə tutulub.

Məlumata görə, artıq bu ildən etibarən Rusiya Federal Vergi Xidməti rusiyalıların Ermənistanda əldə etdikləri gəlirlər, aktivlər və şirkətlərdəki payları barədə tam hesabat əldə edəcək.

Bu addım Moskvanın xaricdəki vətəndaşlarının maliyyə əməliyyatlarını daha sərt nəzarətə götürməsi kimi qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31