Fransa XİN ABŞ səfirini Makronla bağlı açıqlamalara görə çağırıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi ABŞ nin Parisdəki səfiri Çarlez Kuşneri prezident Emmanuel Makronun antisemitizmə qarşı mübarizəsini yetərsiz adlandırmasına görə nazirliyə çağırıb.

Fransa XİN-in açıqlamasında bildirilib ki, səfirin bəyanatları qəbuledilməzdir və beynəlxalq hüquqa, xüsusilə də dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə ziddir. Qeyd olunub ki, Çarlez Kuşner avqustun 25-də nazirliyə dəvət olunub.

ABŞ səfiri daha əvvəl Makrona məktub göndərərək, Fransa hakimiyyətini antisemitizmə qarşı lazımi səviyyədə mübarizə aparmamaqda tənqid etmişdi. Fransa XİN isə bu iddiaları rədd edib, eyni zamanda ölkədə antisemitizm hallarının artdığını etiraf edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31