Lavrov: “SSRİ yazılı sviter geyinməyim onun bərpası arzusu demək deyil” - ÖZƏL

Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, onun "SSRİ" yazılı sviterdə görünməsi Sovet İttifaqının bərpasına işarə deyil. Olaylar.az xəbər verir ki, o, bu barədə ABŞ-nin NBC News telekanalına müsahibəsində danışıb.
"Xeyr. Biz Sovet İttifaqında doğulmuşuq. Prezident Vladimir Putin dəfələrlə deyib ki, kim SSRİ-nin dağılmasına görə təəssüflənmirsə, onun qəlbi yoxdur. Amma kim onun bərpasını istəyirsə, onun başı yoxdur. Bu, tamamilə doğru fikirdir", - Lavrov qeyd edib. Nazir vurğulayıb ki, Rusiya bütün keçmiş sovet respublikalarını müstəqil dövlətlər kimi tanıyıb və onlarla münasibətləri də məhz bu statusda inkişaf etdirir. Eyni zamanda, Lavrov Ukraynanın "həm fiziki, həm də hüquqi müstəvidə rus dilini və rus mədəniyyətini məhv etməyə çalışdığını" bildirib:
"Təsəvvür edin ki, hansısa başqa ölkədə ingilis dili və Amerika tarixi qadağan edilsin". SSRİ məsələsinə toxunan Lavrov əlavə edib ki, kökləri, uşaqlıq və gənclik xatirələrini unutmaq insanlıq dəyərlərinə ziddir: "Keçmişi xatırlamaq, yaşadıqlarını qiymətləndirmək bir şeydir, amma hər yeri hərbi yolla ələ keçirməyə çalışmaq tamam başqa məsələdir. Bunlar eyni deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31