ABŞ-da Rusiya ilə bağlı elə təklif verildi ki…
25 Avqust 2025 10:03 Dünya"Ukraynadakı münaqişənin dinamikası dəyişdirilməlidir".
Olaylar.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru David Petrus deyib.
O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin danışıqlarda maraqlı deyil.
"Biz Ukraynaya indiyə qədər etdiyimizdən daha çox kömək etməklə bu dinamikanı dəyişdirməliyik. Kiyevə qoyulan məhdudiyyətləri aradan qaldırmaq, Rusiyanın Avropa ölkələrindəki 300 milyard dollar dondurulmuş pul ehtiyatlarını Ukraynaya verməklə, Moskvaya daha çox sanksiyalar tətbiq etməklə bunu edə bilərik", - deyə sabiq direktor qeyd edib.
O iddia edib ki, hətta ABŞ Prezidenti Donald Trampın səylərinə baxmayaraq, Rusiya əvvəlcədən elan edilmiş ərazi güzəştləri olmadan münaqişəni dayandırmağa razı olmayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31