Bu ölkə Rusiyaya HÜCUMA hazırlaşır: "Cəmi 3 günə..." - ŞOK İDDİA

Rusiya mediasında və təbliğat kanallarında son günlər yeni bir mövzu ön plana çıxarılıb.

Musavat.com xəbər verir ki, bu dəfə Estoniya "Rusiyaya hücum planları qurmaqda" ittiham olunur. Federal telekanallarda və Z-MSM resurslarında yayılan materiallarda Tallinnin guya Moskva üçün ciddi təhlükə yaratdığı iddia edilir.

Müşahidəçilərin fikrincə, bu ritorika təsadüfi deyil. Məqsəd Rusiyanın gələcəkdə atacağı mümkün addımları ictimai rəyə izah etmək və "hücum əməliyyatını" legitimləşdirməkdir.

Ekspertlər bu yanaşmanı Ukrayna müharibəsindən əvvəl istifadə edilən ssenari ilə müqayisə edirlər. Həmin vaxt da əvvəlcə "düşmən obrazı" formalaşdırılmış, daha sonra isə bu ölkə təcavüzkar kimi təqdim edilərək hərbi əməliyyatlara start verilmişdi.

Hazırda isə oxşar ritorikanın Estoniya ətrafında qurulduğu, bununla da "Putinin Tallini qısa müddətdə - cəmi 3 günə ələ keçirmək" əmrinə bəraət qazandırmaq üçün zəmin hazırlandığı vurğulanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31