Lerikdə torpaq sürüşməsi - yaşayış evi üçün təhlükəli vəziyyət yarandı

Lerikdə torpaq sürüşməsi baş verib.

Təbiət hadisəsi rayonun Çayrud kəndində qeydə alınıb.

Belə ki, ərazidə istinad divarlarının inşası zamanı torpaq layı kənd sakini İnşəllah Mirzəyevə məxsus yaşayış evinə doğru sürüşüb.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) əmkdaşları evin hər an uçmaq təhlükəsi olduğunu bildiriblər.

Bu səbəbdən evin ətrafındakı istinad divarının tikintisi də dayandırılıb.//Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31