Erməni bloger Rusiyadan qaçmaq istəyərkən SAXLANILDI

Moskva vilayətində erməni bloger Arsen Markaryan saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, Markaryan Rusiya Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü bəndi ilə (Vətən müdafiəçilərinin xatirəsini təhqir etmə, kütləvi informasiya vasitələrindən və ya internet də daxil olmaqla informasiya-kommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə) nəzərdə tutulan cinayətdə şübhəli bilinir.

Saxlanılan bloger Rusiyadan avtomobilin baqajında Belarusa qaçmağa çalışıb.

Məlumata görə, Markaryanla birlikdə onun həyat yoldaşı da olub. O, baqajda, havası çıxarılmış şişmə qayığın arxasında gizlənib. Hazırda Markaryan Moskvanın İstintaq Komitəsinin şöbəsinə gətirilib.

Qeyd edək ki, erməni bloger qadınları hədəf alan fikirləri ilə tanınır. O iddia edir ki, qadınlar həm fiziki, həm də intellektual baxımdan kişilərdən geri qalır, amma psixoloji manipulyasiyada onları üstələyirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31