Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak oldu
23 Avqust 22:23 DünyaRusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub.
Milli.Az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat paylaşılıb.
Bildirilir ki, Qostomel qəsəbəsində yaşayan Orucov Əfqan Hümbət oğlu avqustun 19-da Sumi vilayətində döyüş zamanı həyatını itirib.
Məlumata görə, o, ərazi müdafiə taborunun pilotsuz uçuş aparatlarının idarəsi üzrə bölməsində xidmət edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31