İtaliya səfiri Fransa XİN-ə çağırılıb
15:01 Dünyaİtaliyanın Fransadakı səfiri Emanuela Alessandro respublikanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Olaylar.az xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, səfir İtaliyanın nəqliyyat və infrastruktur naziri Matteo Salvininin Fransa prezidenti Emmanuel Makron barədə dediyi sözlər səbəbindən XİN-ə çağırılıb.
Fransa XİN sözügedən bəyanatları qəbuledilməz sayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31