Kanada USMCA Ticarət Sazişi çərçivəsində ABŞ mallarına tarifləri ləğv edəcək - ÖZƏL

Kanadanın Baş naziri Mark Karni bildirib ki, hökumət USMCA Ticarət Sazişi çərçivəsində ABŞ mallarına tətbiq olunan tarifləri ləğv edəcək.

"Biz USMCA (Kanadada CUSMA adlanır) sazişi çərçivəsində ABŞ mallarına tətbiq olunan bütün Kanada tariflərini ləğv edəcəyik", - deyə Mark Karni bildirib.

Olaylar xəbər verir ki,qərar 1 sentyabrdan qüvvəyə minəcək deyə danışılır.

Buna baxmayaraq, polad, alüminium və avtomobillərə tətbiq olunan tariflər isə qalır.

Aprel ayında Kanada, ABŞ Prezidenti Donald Trampın avtomobillər və avtomobil hissələrinə tətbiq etdiyi tariflərə görə Ümumdünya Ticarət Təşkilatına (ÜTT/WTO) şikayət etmişdi.

İbrahim Məmmədli

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31