İtaliyada həbs olunan ukraynalının iki xarici pasportu vardı - ÖZƏL
20:28 Dünyaİtaliyada "Şimal Axını" qaz kəmərlərində baş vermiş partlayışlarla əlaqədə olmaq şübhəsi ilə həbs olunan ukraynalı vətəndaş Serhii Kuznetsovun iki fərqli adla verilmiş iki xarici pasportu olduğu müəyyən edilib.
Olaylar xəbər verir ki,bu məlumatı "Der Spiegel" jurnalı yayıb. Nəşr qeyd edir ki, bu fakt Kuznetsovun Ukrayna xüsusi xidmətləri ilə əlaqəli ola biləcəyinə işarə edə bilər.
"... Dövlət strukturlarının şübhəli diversantın şəxsiyyətini gizlətməyə cəhd etməsinin mümkün göstəricisi", - məqalədə bildirilib.
Əvvəlcə Almaniyanın "Bild" qəzeti xəbər verib ki, İtaliyada həbs olunan ukraynalı, Ukrayna Silahlı Qüvvələri tərəfindən tez-tez istifadə olunan bir jest nümayiş etdirib.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31