Tramp mümkün Putin–Zelenski görüşündə olmaq istəməzdi - ÖZƏL

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, o, mümkün Rusiya lideri Vladimir Putin və Volodimir Zelenski görüşündə olmaq istəməzdi.

Olaylar xarici mənbələrə istinadən bildirir:

"Görək, Putin və Zelenski birlikdə işləyə biləcəklərmi... Onlar açıq səbəblərə görə çox yaxşı anlaşmırlar. Amma görəcəyik. Sonra aydın olacaq ki, mənim orada iştirak etməyim lazımdırmı. Mən üstünlük verərdim - yox," - deyə o bildirib.

Əvvəllər "The Guardian" qəzeti amerikalı administrasiyadakı mənbələrə istinadla yazmışdı ki, Tramp Ukrayna ilə bağlı danışıqlarda müvəqqəti olaraq iştirakdan çəkilməyi planlaşdırır.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31