Ukrayna əhalisi müharibə istəyir, yoxsa sülh? – Sorğu
17:03 DünyaUkraynalıların əksəriyyəti müharibənin nə bahasına olursa olsun bitməsini istəyir.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, bu İlko Kuçeriv Demokratik Təşəbbüs Fondunun keçirdiyi sorğu əsasında məlum olub.
Sorğunun nəticələrinə görə, Ukrayna xalqının 73%-i Ukraynanın qələbəsinə inanır.
Müharibənin nəyin bahasına olursa olsun yaxın gələcəkdə bitməsini dəstəkləyənlər isə 55% təşkil edir.
Qeyd olunub ki, bu rəqəm 2024-cü ilə nisbətdə artıb.
Müharibənin başlanğıcında isə əhalinin 91.5%- qələbəyə inanırdı.
Qələbənin əsas göstəricilərinin nə olduğu sualına isə respondentlərin cavab nisbəti belədir:
Bütün ukraynalı əsirlərin, deportasiya edilənlərin və qaçırılanların qaytarılması-37%
Ukraynaya raket hücumlarının dayandırılması-30%
1991-ci ildə nəzərdə tutulmuş sərhədlər daxilində Ukrayna ərazilərinin azad edilməsi-27%
Putinin hakimiyyətdən getməsi-23%