Lukaşenko: Ukraynada nizamlanma hava atəşkəsindən başlaya bilər - ÖZƏL
16:05 DünyaBelarus prezidenti Aleksandr Lukaşenko Ukraynada münaqişənin həlli prosesinin hava atəşkəsindən başlaya biləcəyini bildirib. Olaylar.az xəbər verir ki, bu barədə BelTA agentliyi məlumat yayıb.
Lukaşenko jurnalistlərə açıqlamasında ABŞ prezidenti Donald Trampla söhbətindən danışaraq qeyd edib ki, hava atəşkəsi raketlərin və pilotsuz uçuş aparatlarının hər iki tərəfdən uçmamasını nəzərdə tutur.
"Bu, çox vacibdir. Rusiya üçün də eyni dərəcədə əhəmiyyətlidir", - deyə o vurğulayıb. Onun sözlərinə görə, ilk mərhələdə həm hava atəşkəsi, həm də təmas xəttində atəşin dayandırılması müzakirə oluna bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31