Ermənistan və Aİ arasında vizasız rejim üzrə danışıqlar aktiv mərhələdədir – ÖZƏL

Ermənistanla Avropa İttifaqı (Aİ) arasında vizaların liberallaşdırılması prosesi aktiv şəkildə davam etdirilir. 

Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, danışıqlarda Ermənistan tərəfinin baş müzakirəçisi daxili işlər naziri Arpine Sarkisyan çıxış edir. Aİ-nin Ermənistandakı səfiri Vasilis Maragos görülən işləri yüksək qiymətləndirib və vurğulayıb ki, Fəaliyyət Proqramının (FP) icrası vizasız gediş-gəliş üçün dəqiq tarixlərin müəyyənləşdirilməsinə imkan verəcək.

Hazırda Avropa Komissiyası tərəfindən hazırlanan proqram üzv ölkələrlə razılaşdırılır və 2025-ci ilin payızında rəsmi olaraq Ermənistana təqdim ediləcək. Rəsmi İrəvan FP-ni miqrasiya mobilliyi və ictimai təhlükəsizlik sahəsində islahatlarının strateji hissəsi kimi görür və yaxın illərdə vətəndaşlarının Aİ-yə vizasız səyahət imkanlarını təmin etməyi hədəfləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31