BMT baş katibi: Qəzza sektorunda aclıq insan əli ilə yaradılmış fəlakətdir - ÖZƏL
15:10 DünyaBMT-nin Baş katibi António Quterreş Qəzza sektorunda yayılmış aclığı "insan əli ilə yaradılmış fəlakət" adlandırıb və bunun cəzasız qalmasına imkan verilməməsi lazım olduğunu bildirib.
Olaylar.az xəbər verir ki, baş katibin mətbuat xidməti vasitəsilə yayılan açıqlamasında deyilir: "Bu aclıq bir sirr deyil - bu insan tərəfindən yaradılmış fəlakətdir."
Quterreş bildirib ki, İsrail beynəlxalq hüquq çərçivəsində açıq öhdəliklər daşıyır, o cümlədən əhalini ərzaq və dərmanlarla təmin etmək məsuliyyətini yerinə yetirməlidir. Baş katib tərəfləri dərhal atəşi dayandırmağa, bütün girovları azad etməyə və humanitar təşkilatlara Qəzza sektoruna maneəsiz giriş imkanı yaratmağa çağırıb.
Əvvəlcə BMT-nin dəstəklədiyi Qida Təhlükəsizliyi Monitorinqi Mexanizminin (IPC) ekspertləri şimal Qəzza sektorundakı vəziyyəti rəsmi olaraq aclıq kimi qiymətləndirib. 21 avqust məlumatına görə, son 3,5 həftə ərzində yalnız təxminən 2 min humanitar yük maşını Qəzza sektoruna daxil olub ki, bu da əhalinin ehtiyacı olan humanitar yardımların 15%-dən azını təşkil edir. Sektor üçün nəzərdə tutulmuş 15 min yük maşınından yalnız 2 187-si daxil olub.