Lukaşenko Minskdə Putin-Zelenski görüşünə hazırdır - ÖZƏL
14:34 DünyaBelarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, o, Rusiya Prezidenti Vladimir Putin ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşün keçirilməsi üçün Minsk şəhərini təqdim etməyə hazırdır. Olaylar.az xəbər verir ki, bu barədə BelTA agentliyi məlumat yayıb. Lukaşenko jurnalistlərlə söhbətində qeyd edib ki, o, Minskin Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar üçün ideal yer olduğunu düşünür, lakin görüşün təşkili ilə bağlı xüsusi təşəbbüsləri olmadığını əlavə edib. Onun sözlərinə görə, əgər Rusiya və Ukrayna tərəfləri razılığa gələrək Minski ziyarət etmək qərarına gəlsələr, Belarus tərəfi "hər şeyi sabahdan etibarən yüksək səviyyədə təşkil etməyə hazırdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31