“Netanyahu Qəzzadakı hərbi əməliyyatları dayandırmalı və humanitar yardımı bərpa etməlidir” - ÖZƏL
13:59 DünyaBMT-nin humanitar məsələlər üzrə baş katibinin müavini Tom Fletçer İsrail Baş Naziri Benyamin Netanyahuya Qəzza Sektorunda hərbi əməliyyatları dayandırmağı və humanitar təşkilatlara ərzaq və yardım çatdırılmasına imkan yaratmağı tövsiyə edib. Olaylar.az xəbər verir ki, Fletçer Cenevrədə keçirilən brifinqdə bildirib ki, Qəzzadakı aclıq "önlənə bilərdi", əgər humanitar yardımlar lazımi həcmdə çatdırıla bilsəydi.
"Mənim müraciətim, yalvarışım və tələbim budur: yetər. Atəşkəs edin. Şimal və cənubda bütün keçid məntəqələrini açın. Bizə ərzaq və digər zəruri yardımları maneəsiz və kifayət qədər çatdırmağa imkan yaradın", - deyə Fletçer vurğulayıb. O, həmçinin bildirib ki, aclıq "məhsuldar torpaqların yanından bir neçə yüz metr aralıda baş verir".
Qəzzadakı məsələ ilə bağlı son məlumatlara görə, son 3,5 həftə ərzində yalnız 2 minə yaxın humanitar yardım yük maşını daxil olub ki, bu da tələb olunan həcmə görə 15%-dən azdır. Humanitar təşkilatlar bildirib ki, son 25 gündə Qazaya ən azı 15 min yük maşınının çatması gözlənilirdi, lakin yalnız 2 187 maşın buraya daxil ola bilib.
Qeyd edək ki, vəziyyət 7 oktyabr 2023-cü il tarixində HƏMAS-ın radikal tərəfdarlarının İsrail ərazisinə hücumu ilə kəskinləşib. Bu hadisələr nəticəsində 250-dən çox girov götürülüb, minlərlə insan həyatını itirib. İsrail isə cavab olaraq anklavda hərbi əməliyyata başlayıb. Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzzadakı döyüşlərdə 62 mindən çox fələstinli həlak olub, 157 mindən çox insan yaralanıb, 270 nəfər, o cümlədən 112 uşaq isə aclıqdan ölüb.