Belçika 2035-dək müdafiəyə 140 milyard avro ayıracaq - ÖZƏL

Belçika hökuməti 2035-ci ilə qədər müdafiə xərclərinə ümumilikdə 140 milyard avro ayırmağı planlaşdırır.  Bu vəsaitin 34 milyard avrosu yeni silahların - təyyarələr, gəmilər və pilotsuz uçuş aparatlarının alınmasına sərf ediləcək. Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi tərəfindən hazırlanmış və müdafiə naziri, flamand millətçisi Teo Frankenin rəhbərliyi ilə işlənmiş "Strateji baxış" sənədində qeyd olunub. Sənəddə bildirilir ki, ayrılan maliyyə Belçikanın hərbi imkanlarını genişləndirməyə və yeni müdafiə texnologiyalarına sərmayə qoymağa yönəldiləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31