İsrail Qəzzada danışıqları bərpa edəcək – Netanyahu
13:18 Dünyaİsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, ölkəsi Qəzza zolağında saxlanılan bütün girovların azad olunması və müharibənin dayandırılması ilə bağlı danışıqları dərhal bərpa edəcək.
Olaylar.az xəbər verir ki, Netanyahu bunu yalnız İsrail üçün qəbul edilən şərtlər daxilində mümkün hesab etdiyini vurğulayıb.
Bu açıqlama Misir və Qətərin irəli sürdüyü atəşkəs təklifinə HƏMAS-ın razılıq verməsindən sonra səslənib.
Bununla belə, İsrail hərbçiləri qarşısında çıxış edən Netanyahu qeyd edib ki, o, HƏMAS-ın tam məğlub edilməsini və Qəzza şəhərinin ələ keçirilməsi planlarını təsdiqləmək niyyətindədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31