İran Oman Körfəzi və Hind Okeanında hərbi təlimlər keçirir – ÖZƏL
13:07 Dünyaİran Oman Körfəzi və Hind Okeanında genişmiqyaslı hərbi-dəniz təlimləri həyata keçirir.
Olaylar.az xəbər verir ki, Tasnim xəbər agentliyinin məlumatına görə, "Sustainable Power 1404" təlimlərinin əsas mərhələsi 21 avqustda başlayıb. Təlimlərdə Vətən Donanmasının üzən və sualtı gəmiləri, aviasiya, sahil raket bazaları və radioelektron mübarizə bölmələri iştirak edir. Hərbi gəmilərdən və sahildən müxtəlif tipli "Nasir" və "Qadir" dəniz qanadlı raketlər atılıb.
Qeyd olunur ki, bu təlimlər İsrail ilə müharibədən sonra keçirilən ilk böyük hərbi manevrlərdir. Xatırladaq ki, hərbi eskalasiya 13 iyun gecəsi başlayıb; İsrail İranı gizli nüvə proqramını həyata keçirməkdə ittiham edib və hücumlara başlayıb. 12 gün davam edən döyüş əməliyyatları nəticəsində hər iki tərəf qarşılıqlı zərbələr endirib.