Çin Ukrayna böhranının həllində konstruktiv rol oynamağa hazırdır – ÖZƏL
22 Avqust 2025 12:35 DünyaÇin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin cümə günü keçirdiyi brifinqdə Ukrayna böhranının siyasi yolla həllinə dəstək verməyə hazır olduqlarını bildirib.
Olaylar.az xəbər verir ki, onun sözlərini RIA Novosti yayıb.
"Biz hesab edirik ki, bütün tərəflər ümumi, hərtərəfli əməkdaşlıq və davamlı təhlükəsizlik perspektivinə əsaslanan siyasi həllə töhfə verməlidir. Çin bu məsələdə konstruktiv rol oynamağa hazırdır," - deyə diplomat qeyd edib.
Mao Nin əlavə edib ki, Çin Ukrayna böhranı ilə bağlı hər zaman obyektiv və ədalətli mövqe nümayiş etdirib və bu, bütün maraqlı tərəflərə açıq-aşkar görünür.
Qeyd edək ki, o, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenskinin "Kiyev Çini təhlükəsizlik zəmanətçisi kimi görmür" açıqlamasına münasibət bildirərkən səsləndirib.