Çin Ukraynanın təhlükəsizlik zəmanətçisi olmayacaq – şok iddia

Çin Ukraynaya təhlükəsizlik zəmanəti vermək fikrində deyil.

Olaylar.az xəbər verir ki, "South China Morning Post" nəşri Pekinin yalnız siyasi və ya diplomatik dəstək göstərə biləcəyini yazıb.

Məqalədə qeyd olunur ki, Çinin müharibənin dayandırılması üçün müəyyən təşəbbüsləri ola bilər. Lakin Pekinin nə stimulu, nə də resursları Ukraynanın təhlükəsizliyinə real təminat verməyə yetərlidir.

Qəzet yazır ki, Rusiya hərçənd bu istiqamətdə bəyanatlar səsləndirsə də, Çin öz maraqlarına görə belə bir öhdəlik götürməkdən yayınacaq. (Yeni Musavat)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31