İran və Avropa arasında danışıqlar davam edir – ÖZƏL

Olaylar.az xəbər verir ki, İran rəsmisi Bəqai son vəziyyətlə bağlı açıqlamasında bildirib ki, cümə günü (22 avqust) İranın xarici işlər nazirinin müavini Əraqçi Fransa, Böyük Britaniya və Almaniyanın xarici işlər nazirləri ilə telefon danışığı aparacaq.

Onun sözlərinə görə, söhbət zamanı nüvə məsələsi, İrana qarşı tətbiq olunmuş sərt sanksiyaların aradan qaldırılması, həmçinin İranın nüvə obyektlərinə hücum edənlərin məsuliyyətə cəlb olunması məsələsi müzakirə ediləcək.

Qeyd edək ki, iyulun 25-də İstanbulda İran və E3 ölkələri (Böyük Britaniya, Fransa və Almaniya) arasında nüvə proqramı ilə bağlı danışıqlar yenidən başlayıb. Görüş İranın Baş Konsulluğunda mətbuat üçün qapalı şəkildə keçirilib və tərəflər nüvə proqramı üzrə müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31