Çin Filippinləri təxribatda ittiham edir – ÖZƏL

Çin Filippinlərin Ayunqin dayazlığında (Cənubi Çin dənizi) atdığı addımları təxribat kimi qiymətləndirib. 

Olaylar.az xəbər verir ki, bu barədə Çin Sahil Mühafizəsinin sözçüsü Gan Yu açıqlama verib.

Onun sözlərinə görə, yaxın günlərdə iki kiçik Filippin qayığı Çin patrul katerinə yaxınlaşıb və qəsdən qarşıdurma yaratmağa çalışıb:
"Filippin tərəfi dəfələrlə edilən açıq və qəti xəbərdarlıqlara məhəl qoymayaraq, sahildə qalmış Filippin gəmisindən uzaqlaşdı. Çin dəniz polisi vəziyyəti qanuni şəkildə nəzarətə götürdü."

Gan Yu Filippinləri dərhal bütün təxribatçı və təbliğat xarakterli fəaliyyətləri dayandırmağa çağırıb və vurğulayıb ki, Çin Sahil Mühafizəsi ölkənin suverenliyini və maraqlarını qətiyyətlə qoruyacaq.

Qeyd edək ki, Cənubi Çin dənizində Sisha (Parasel), Nanşa (Spratli) və Huangyan (Skaboro) adaları üzərində Çinlə yanaşı, Brunei, Vyetnam, Malayziya və Filippin də iddia irəli sürür. Bu bölgənin şelfində əhəmiyyətli karbohidrogen ehtiyatları aşkarlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31