İsrail müdafiə naziri: “HƏMAS üçün cəhənnəm qapıları açılacaq” - ÖZƏL
22 Avqust 2025 10:56 Dünyaİsrailin müdafiə naziri İsraеl Kats HƏMAS-a ciddi xəbərdarlıq edib. O bildirib ki, Qəzzada "cəhənnəm qapıları" açılacaq və bu qapılar yalnız HƏMAS İsrailin şərtlərini qəbul edib bütün girovları azad edənədək bağlı olmayacaq. Olaylar.az xəbər verir ki, nazir bu barədə X platformasında yazıb:
"Tezliklə HƏMAS-ın qatilləri və təcavüzkarlarının başı üzərində cəhənnəm qapıları açılacaq və bu, yalnız onların müharibənin dayandırılması ilə bağlı İsrailin şərtlərinə - əsasən də bütün girovların azad olunması və silahların təhvil verilməsinə razı olduqları halda bitəcək". Kats əlavə edib ki, əgər HƏMAS şərtlərə əməl etməsə, Qəzza - HƏMAS-ın paytaxtı artıq İsrail ordusunun əməliyyatlar apardığı Rəfah və Beyt-Hanun şəhərlərinin taleyini yaşayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31