ABŞ xarici yük maşını sürücülərinə vizaların verilməsini dayandırdı - ÖZƏL
22 Avqust 2025 10:33 DünyaABŞ hökuməti ölkədə yük maşını sürücüsü və kommersiya yük daşıyıcısı kimi işləmək istəyən əcnəbilərə iş vizalarının verilməsini dayandırıb. Olaylar.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio açıqlama verib.
"Biz dərhal kommersiya yük maşını sürücülərinə iş vizalarının verilməsini dayandırırıq. ABŞ yollarında iri treylerlərlə hərəkət edən əcnəbi sürücülərin sayının artması amerikalıların həyatını təhlükə altına qoyur", - Rubio sosial şəbəkə X-də yazıb. O həmçinin bildirib ki, çoxlu sayda xarici sürücü yerli yük maşını sürücülərini dolanışıq imkanlarından məhrum edir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə immiqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olduğunu vurğulayıb. O, prezident andiçməsindən dərhal sonra Meksika sərhədində fövqəladə vəziyyət rejimi elan edib və ölkə tarixində ən genişmiqyaslı deportasiya əməliyyatını həyata keçirməyi planlaşdırdığını bəyan edib.