Qriqoryan və Şoyqu Cənubi Qafqazda sülhü müzakirə etdilər
16:40 DünyaAzərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə Vaşinqtonda əldə olunan razılaşmalarla bağlı Ermənistan və Rusiya Təhlükəsizlik Şuralarının katibləri telefon danışığı aparıblar.
Olaylar.az xəbər verir ki, Ermənistan tərəfdən Qriqoryan Şoyquya bölgədə bütün ölkələrin maraqlarına cavab verən sülhün bərqərar olduğunu bildirib, kommunikasiya xətlərinin açılmasının və yeni iqtisadi imkanların reallaşdırılmasının əhəmiyyətini vurğulayıb.
Rusiya tərəfdən isə Şoyqu ABŞ və Rusiya prezidentlərinin Alyaskada keçirilmiş görüşünün nəticələri barədə məlumat verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31