Ermənistan vətəndaşları qarşıdan gələn seçkilərdə sülh və qeyri-sülh arasında seçim etməlidir - Paşinyan

Növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı fikirlər, çağırışlar, mülahizələr var, lakin onların etibarlılığı hələ də yoxlanılmalıdır.

Olaylar.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 21-də jurnalistlərlə söhbətində belə deyib.

O bildirib ki, qarşıdan gələn seçkilərdə vətəndaşlar sülh və qeyri-sülh arasında seçim etməlidir.

"Hakimiyyət Azərbaycanla sülh sazişinin mümkün qədər tez imzalanması və ratifikasiyası üzərində işləyib, gündəlik işləyir və çalışacaq", - deyə Nikol Paşinyan yekunlaşdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31