İran İsrail və ABŞ-a xəbərdarlıq etdi: “Yeni nəsil raketlərimiz hazırdır”

İran yenidən Qərbə və İsrailə sərt mesaj göndərib.

Olaylar.az xəbər verir ki, İran müdafiə naziri Əziz Nasirzadə ölkəsinin hərbi gücünü nümayiş etdirərək, Tehranın istənilən hücuma cavab verməyə hazır olduğunu bildirib.

Onun sözlərinə görə, İran hazırda ən son nəsil raketlərə malikdir və bu silahların xüsusiyyətləri son müharibədə istifadə olunan raketləri dəfələrlə üstələyir.

Nazir həmçinin vurğulayıb ki, İsrail və ABŞ-ın mümkün hücumu zamanı bu raketlərdən istifadə ediləcək və cavab "çox sərt" olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31