Rusiya Amerika şirkətini raketlə VURDU

Rusiyanın atdığı raketlərdən biri Ukraynanın Zakarpatiya vilayətində fəaliyyət göstərən Amerikanın böyük elektronika istehsalçısını vurub.

Olaylar.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.

Onun sözlərinə görə, hadisə ciddi dağıntılara və insan tələfatına səbəb olub.

"Tamamilə mülki obyekt idi, müdafiə və ya hərbi fəaliyyətlə heç bir əlaqəsi yox idi. Heç bir hərbi zərurət yox idi, sadəcə xalqımıza, biznesə və normal həyata qarşı terror törədildi", - deyə nazir vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31