NATO Baş Qərargah Rəisləri Ukraynaya dəstəyini təsdiqləyib, amma konkret qərar verməyiblər - ÖZƏL

NATO Hərbi Komitəsinin rəhbəri admiral Cüzeppe Kavo Drakone bildirib ki, prioritet ədalətli, möhkəm və uzunmüddətli sülhün təmin olunmasıdır.

Blokun Baş Qərargah Rəisləri Ukraynaya dəstək göstərdiklərini təsdiqləyiblər, lakin təhlükəsizlik zəmanətləri və ya NATO qüvvələrinin yerləşdirilməsi ilə bağlı konkret qərarlar açıqlamayıblar.

Olaylar xəbər verir ki, bu barədə admiral Drakone fövqəladə videokonfransın yekunlarına dair X sosial şəbəkəsində məlumat verib.

Admiral bildirib:
"NATO Baş Qərargah Rəisləri arasında əla birbaşa müzakirə aparıldı. Ukrayna ilə bağlı dəstəyimizi təsdiqlədik. Prioritet ədalətli, möhkəm və uzunmüddətli sülhün təmin olunmasıdır".

O əlavə edib:
"Düşüncələrimizdə silahdaşı olan ukraynalı qardaş və bacılarımızla birlikdəyik".

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31