Niderland Polşaya iki Patriot zenit-raket kompleksi və 300 hərbçi göndərəcək - ÖZƏL

Niderland 1 dekabrdan etibarən Polşaya iki Patriot zenit-raket kompleksi və təxminən 300 hərbçi göndərəcək.

Bu, NATO-nun Ukraynaya təhlükəsizlik və təlim sahəsində dəstək missiyası ilə bağlıdır.

Olaylar xəbər verir ki,bu barədə Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

Komplekslər və hərbçilər 1 dekabrdan gələn il 1 iyunadək Ukrayna üçün Təhlükəsizlik və Təlim üzrə NATO Missiyasının (NSATU) loqistik mərkəzini təmin edəcəklər.

Əvvəlcə "Bloomberg" nəşri anonim mənbələrə istinadla yazıb ki, Avropanın on ölkəsi Ukraynaya öz hərbçilərini göndərməkdə iştirak etməyə razılıq verib.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31