Merts AB liderlərinin Trampla görüşünü az qala pozdu - ÖZƏL
18:09 DünyaAlmaniya kansleri Fridrix Merts Aİ liderləri və ABŞ prezidenti Donald Trampın Vladimir Zelenski ilə görüşündə demək olar ki, diplomatik qalmaqala səbəb olub.
Olaylar xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Məlumata görə, Avropa liderləri Trampla fikir ayrılıqlarından qaçmağa çalışsa da, Merts kamera qarşısında Ukraynada hərbi əməliyyatların dayandırılmasının vacibliyini vurğulayıb. Trampla təkbətək söhbətində kansler danışıqlar müddətində ən azı müvəqqəti atəşkəsin əldə olunmasında israr edib.
Avqustun 18-də Tramp Zelenski, Finlandiya və Fransa prezidentləri Aleksandr Stubb və Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Key Starmer, Merts və İtaliya hökumətinin başçısı Giorgia Meloni ilə görüşüb. Görüşdə həmçinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və NATO-nun baş katibi Mark Rutte iştirak edib.
Görüş zamanı Tramp Putinə zəng edib və Rusiya lideri ilə Zelenski arasında mümkün görüşün, həmçinin üçtərəfli danışıqların perspektivlərini müzakirə edib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya və ABŞ liderləri Moskva və Kiyev arasında birbaşa məsləhətləşmələrin davam etdirilməsinə və onların səviyyəsinin yüksəldilməsinə dəstək veriblər.
İbrahim Məmmədli